Bu küçədə abadlıq-quruculuq işləri davam etdirilir - Fotolar

bu-kucede-abadliq-quruculuq-isleri-davam-etdirilir
Oxunma sayı: 667

Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə icra olunan layihələrdən biri də paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.

Bütün küçə boyu mövcud kommunikasiya xəttləri tam yenilənib.İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır,küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işiq dirəkləri  quraşdırılmasına başlanılıb. 

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.

Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.