Vensan Abubakar xəstəxanaya yerləşdirildi

vensan-abubakar-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 3806

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən hücumçunun məşqdən sonra halı pisləşib.

Buna görə 32 yaşlı forvard xəstəxanaya aparılıb. Hazırda müalicəsi davam etdirilir.

Qeyd edək ki, oyunçu bu mövsüm ümumilikdə 18 matça çıxıb.  O, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.