Vətən müharibəsi veteranı ilə ailə quran Vüsalə ana oldu - Foto+Video

veten-muharibesi-veterani-ile-aile-quran-vusale-ana-oldu
Oxunma sayı: 5957

Ötən il Vətən müharibəsi veteranı Vaqif Babazadə ilə ailə quran paralimpiyaçı Vüsalə Kərimova ana olub.

“Qafqazinfo” xəbər verir ki, cütlüyün dünən qız övladı dünyaya gəlib.

Qeyd edək ki, Vaqif Babazadə ilə Vüsalə Kərimova ötən ilin iyununda ailə qurub. Vaqif Babazadə müharibədəki qəhrəmanlıqlarına görə “Ağdamın azad olunmasına görə”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.