“Vətəninə, millətinə, ailəsinə xəyanət edən...”

vetenine-milletine-ailesine-xeyanet-eden
Oxunma sayı: 733

“İran molla rejimi gənc yazarlarımızı bu cür əsasız həbsdə saxlamaqla Azərbaycan dövlətinə qarşı acıq təhdid siyasəti aparır. Bununla Azərbaycan dövlətini “qorxutmaq” istəyir. Bu bütün beynəlxalq hüququ pozmaq deməkdir. Gənclərimiz dərhal azad edilməlidir. İrana bu gündən heç bir vətəndaşımız getməməlidir. Artıq İran sadə vətəndaşlarımızdan şantaj kimi istifadə edir. Hər kəs bu cür şantajın qurbanı ola bilər. Bu addımı atmaqla gənclərimizə dəstək vermiş olarıq. Bütün siyasi partiyalar və onların rəhbər şəxsləri gənclərimizə dəstək verməlidir. İranın bu gəncləri həbsdə saxlamasının əsas səbəbi də son vaxtlar Azərbaycan dövlətinin İran xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlıq edən insanları həbsə atmasına cavabdır. Amma bizim ölkə vətənə xəyanət edən vətəndaşlarını qanunvericiliklə həbs edir, daha qondarma ittiham irəli sürmür. Vətəninə, millətinə, ailəsinə xəyanət edən vətən xainləri həbs olunmalıdır və bundan sonra da olunacaq!”.