VHP də Pərvizi təbrik etdi

vhp-de-pervizi-tebrik-etdi
Oxunma sayı: 658

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan təbrikdə bildirilir ki, Pərvizin bu müsabiqənin qalibi olması onları sevindirib: “O buna layiqdir. Yazıları ilə daim gənclərin ən çox oxuduğu yazarlardan biridir. O öz sözü olan, demokratik fikir mübadiləsi üçün çalışan yazarlarımızdandır. Biz hesab edirik ki, məhz yazar, yazıçı Pərviz Cəbrayıl kimi olmalıdır. O cəmiyyətdə ədalətsizliyin aradan qaldırılması, söz, fikir və əqidə azadlığı üçün çalışanlardandır. Biz həm təşkilat olaraq, həmdə oxucular olaraq Pərviz bəyi təbrik edirik. Milli Kitab Mükafatında “Yad Dildə” romanının qalib olması və Pərviz Cəbrayılın qalib gəlməsi onun özü kimi bizi də sevindirdi.

Bir daha təbrik edir, yazara şəxsi işlərində və ədəbi fəaliyyətində uğurlar arzu edirik. Hər zaman oxucuların sevimli yazarı və qələm sahibi olasan!”.