Vilayət Eyvazov 4 rəisin yerini dəyişdirdi

vilayet-eyvazov-4-reisin-yerini-deyisdirdi
Oxunma sayı: 18259

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazir general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Nəsimi rayon Mühafizə İdarəsinin rəisi, polis polkovnik-leytenantı M.Məmmədov tutduğu vəzifədən azad edilib. O, Səbail Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Həmçinin oxuyun: Задержан мужчина, устроивший фейерверк в 3 часа ночи - Видео

Xətai rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki N.Həsənov isə vəzifədən azad edilərək Nəsimi rayon Mühafizə İdarəsinin rəisi postuna gətirilib.

Bundan başqa Suraxanı Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki S.Hüseynov Xətai rayon Mühafizə İdarəsinin rəisi, Abşeron rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki A.Məmmədov isə Suraxanı rayon Mühafizə İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.