Vilayət Eyvazovdan yeni təyinat

vilayet-eyvazovdan-yeni-teyinat
Oxunma sayı: 16152

Azərbaycanda “İnterpol”un Milli Mərkəzi Bürosuna yeni rəis müavini təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polkovnik Namiq Camalov vəzifəsindən azad olunaraq sözügedən quruma rəis müavini təyin edilib.

Məlumat DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq edilib.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri “Qaynarinfo” yayıb.