Villasını indi çadır əvəz eləyir - 20 mağazası, 8 evi dağıldı + Video

villasini-indi-cadir-evez-eleyir
Oxunma sayı: 8677

Heç bir təbii fəlakət yaş, status və səlahiyyət arasında fərq qoymur. Türkiyədə baş verən zəlzələlərdə bunun bir daha şahidi olduq. 

"Qafqazinfo" CNN-ə istinadən xəbər verir ki, həyatı bir anda dəyişənlərdən biri də Hatayın ən zəngin adamlarından olan Mehmet Bulanık olub. 

Ölkənin tanınmış iş adamı Mehmet ən böyük mağazalar şəbəkəsinin sahibi olub. Zəlzələdə onun 23 mağazadan 20-si və 8 evi tamamilə dağılıb. Özü isə hazırda çadırda yaşayır:

"Kədərli deyiləm. Hər şey Allahdandır. O, bizə pisi göstərdi, yaxşını da göstərəcək. Yıxıldığımız yerdən qalxacağıq".

İş adamının video-müsahibəsini təqdim edirik: