Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı

vitse-spiker-sabir-rustemxanlinin-sozunu-kesdiyi-ucun
Oxunma sayı: 1950

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə VHP məlumat yayıb.

Buna səbəb isə onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edilib:

“MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir. MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən, Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib”.