Kabo-Verde milli komandasının qapıçısı Vozinyanın anası Ana Candida Evora oğlunun oyununu izləmək üçün stadiona gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, Uruqvaya qarşı keçirilən ikinci turun matçında arenada Vozinya və komandasını dəstəkləyib.
Qeyd edək ki, Vozinya turnirin ilk ulduzlarından birinə çevrilmişdi. O, İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasını xilas etmişdi. Matçdan sonra 40 yaşlı qapıçı bildirmişdi ki, anası yüksək xərclərə görə viza ala bilməyib.
Daha sonra ABŞ tərəfindən onun üçün rüsumlar ləğv edilmişdi və o, bu ölkəyə gəlmişdi.

Son xəbərlər
Son Xəbərlər