Vüqar “Topaz”dan 144 min udub?

vuqar-topazdan-144-min-udub
Oxunma sayı: 8067

Meyxanaçı Vüqar Əbdülovun “Topaz”da külli miqdarda pul udması barədə sosial şəbəkələrdə məlumat yayılıb.  

Qeyd olunub ki, sənətçi “Real Madrid”in “Qalatasaray” üzərində 6:0 hesablı qələbəsinə 3000 manat pul qoyub və bundan 144 min AZN qazanıb. 

“Qafqazinfo” bu məsələ haqda meyxanaçının özü ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edib. Əlavə edib ki, ümumiyyətlə mərc oyunlarında iştirak etmir.