Xaçatryanın qətliam törətdiyi yerdən - Fotolar - Video

xacatryanin-qetliam-toretdiyi-yerden
Oxunma sayı: 3679

“Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işi 1992-ci il yanvarın 11-də başlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov AzTV-də “Əsas məsələ” verilişində deyib.

Uzun müddət aparılmış istintaq nəticəsində Xaçatryan Vaqif Çerkəzoviçin şəxsiyyətinin müəyyən edildiyini qeyd edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi 2013-cü ildən Vaqif Xaçatryanın beynəlxalq axtarışa verildiyini vurğulayıb.

1992-ci il yanvarın 11-də Baş prokurorluğun əməkdaşları tərəfindən Meşəli kəndində hadisə yerinə baxış keçirildiyini bildirən İ.Səfərov hadisə yerinin fotolarını təqdim edib.