Xaçmazda 20 yaşlı gəncin meyiti tapıldı

xacmazda-20-yasli-gencin-meyiti-tapildi
Oxunma sayı: 4043

Xaçmazda mənzildə 20 yaşlı gəncin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Xaçmaz şəhəri S. Xatun küçəsində qeydə alınıb.

Belə ki, Xaçmaz sakini 2005-ci il təvəllüdlü Ayxan Rəhmanovun cansız bədəni onun yaşadığı evin mətbəxində aşkarlanıb.

A.Rəhimovun mətbəxdə olan qazdan boğularaq öldüyü ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov