Xaçmazda qatarla avtomobil toqquşdu - 22 yaşlı sürücü öldü - Yenilənib

xacmazda-qatarla-avtomobil-toqqusdu
Oxunma sayı: 727

Xaçmazda qatarla avtomobil toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Nərəcan kəndindəki dəmir yolu keçidində baş verib.

Belə ki, “VAZ” markalı avtomobili hərəkətdə olarkən qatar vurub. Nəticədə avtomobilin sürücüsü, Xaçmaz rayon Ağtala kənd sakini 2004-cü il təvəllüdlü Səid İlham oğlu Çələbiyev ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, bu gün saat 09:45 radələrində Xaçmaz-Qusarçay sahəsində minik avtomobili dəmiryol keçidindən keçid qaydalarını pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb: “Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Minik avtomobilinin sürücüsü xəstəxanaya aparılıb. 

Hadisə nəticəsində dəmiryol infrastrukturuna zərər dəyib, faktla bağlı araşdırma aparılır.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır”.

Mübariz Muradov