Xalq artisti dəfn edildi - Fotolar - Yenilənib

xalq-artisti-defn-edildi
Oxunma sayı: 19230

Bir neçə gün öncə vəfat edən Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir məscidində vida mərasimi keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.

Yagizarov II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, tanınmış aktyor sentyabrın 13-ü uzunsürən xəstəlikdən sonra 86 yaşında Almaniyada dünyasını dəyişib. Onun nəşi bu gün Vətənə gətirilib.

***

Mərhum dəfn olunmaq üçün II Fəxri xiyabana aparılır.

***

Xalq artisti Hacı Murad Yagizarov II Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

Lamiyə Məmmədova

Fotolar: Pərvin Zeynal