Xamneyi İsraillə bağlı əmr verdi

xamneyi-israille-bagli-emr-verdi
Oxunma sayı: 4960

İranın ali lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İsrailə cavab zərbəsi planı hazırlamağı əmr edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “New York Times” hərbi planlaşdırma ilə tanış olan adı açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb.

Rəsmilər bildiriblər ki, Xamneyi İsrailin hücumunun Tehran ətrafındakı raket fabriklərinə və hava hücumundan müdafiə sistemlərinə, kritik enerji infrastrukturuna və ölkənin cənubundakı əsas limanına vurduğu zərərin həcminə dair hesabatı nəzərdən keçirdikdən sonra qərar verib.