Xanımı Mübariz Mənsimovun sevgilisini məhkəməyə verib - - Foto

xanimi-mubariz-mensimovun-sevgilisini-mehkemeye-verib-
Oxunma sayı: 19969


Türkiyə mətbuatının verdiyi xəbərə görə, M.Mənsimovun həyat yoldaşı Tamara Qurbanoğlu iş adamının sevgilisi Ülviyyə Qasımovanı məhkəməyə verib. Qasımovadan 1 milyon TL (48033.21 ABŞ dollar) təzminat tələb edən Tamara xanım qarşı tərəfin ona qarşı hər hansı addım atmasını da qanunla qadağan etdirib.

İstanbul 1-ci Ailə Məhkəməsində çıxarılan hökmə görə, Ülviyyə Qasımovanın Tamara Qurbanoğlu və ailəsini narahat etməsi qadağan edilib.

Qeyd olunur ki, Ülviyyə Qasımova Mübariz Mənsimovun sevgilisidir və əslində qoruma qərarı Mənsimova qarşı verilib. Belə ki, Tamara xanımın Mübariz Mənsimovu uşaqlarını görməyə icazə vermədiyi iddia olunur. /Azerinfo.org/