Xankəndidə daha bir idman yarışı keçirilir - Video

xankendide-daha-bir-idman-yarisi-kecirilir
Oxunma sayı: 2417

“Qürurla irəli” şüarı ilə Xankəndi-Bakı ultra marafonunun açılış mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, ilk dəfə keçirilən yarışın açılış mərasimi Xankəndidə baş tutub.

380 kilometrlik ultra marafon Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edilir.

Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar.