Xankəndidə ermənilərin Azərbaycan dilini öyrənməsi üçün mərkəz açıldı - Fotolar

xankendide-ermenilerin-azerbaycan-dilini-oyrenmesi-ucun-merkez-acildi
Oxunma sayı: 10544

Xankəndidə ilk Azərbaycanşünaslıq mərkəzinin açılışı olub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, keçmiş erməni millət vəkili Karo Karapetyanın adını daşıyan mərkəz Karapetyanın xanımı və oğulları, həmçinin “Genesis Armenia” fondunun səyləri nəticəsində yaradılıb. 

İlkin mərhələdə mərkəzdə Qarabağ bölgəsində məskunlaşmış ermənilərə Azərbaycan dili pulsuz öyrədiləcək.

Məlumata əsasən, layihənin məqsədi təhsilli, “milli və dövlət” maraqlarından xəbərdar olan, həmçinin Azərbaycan dilini bilən vətəndaşlar hazırlamaqdır.