Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu atəşə tutuldu

xankendide-rusiya-azerbaycan-birge-patrulu-atese-tutuldu
Oxunma sayı: 13143

Naməlum şəxs Qarabağda Rusiya-Azərbaycan birgə patrulunu atəşə tutub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, hadisə Xankəndidə baş verib. Naməlum şəxsin snayperdən istifadə etdiyi, hadisə zamanı xəsarət alanın olmadığı bildirilib.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan tərəfinin və Qarabağın nümayəndələri ilə birlikdə bu faktla bağlı araşdırma aparır”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.