Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd qəbulu uzadıldı

xaricde-tehsil-uzre-dovlet-proqramina-sened-qebulu-uzadildi
Oxunma sayı: 1520

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə sənəd qəbulunun müddəti 14 iyul 2023-cü il tarixinədək uzadılıb.

“Qafqazinfo” Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bununla da cari müraciətlər sırasında qəbul sənədi və digər məsələlər üzrə çatışmazlıqları olan namizədlərə sözügedən halları aradan qaldıraraq müraciətlərini tamamlamaları üçün imkan yaradılır.

Həmçinin oxuyun: Сына депутата шантажировали фотографиями отца

Müvafiq elan mətni ilə bu keçiddən tanış olmaq mümkündür.

Qeyd edək ki, tədris ilinin başlamasına az vaxt qaldığı üçün müraciətlərin qısa müddətdə edilməsi tövsiyə olunur.