Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Azərbaycanın Moskvadakı Səfirliyində yad edilib.
“Qafqazinfo” xəbər verir ki, səfirliyin önünə gül dəstələri düzülüb və bayrağımız yarıyadək endirilib.
***
Ölkəmizin Yekaterinburqdakı Baş Konsulluğunda da faciə qurbanlarının xatirələri dərin ehtiramla yad edilib.
Konsulluqda bayraq yarıyadək endirilib və xatirə kitabı açılıb.
***
Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğumuzda da xatirə kitabı açılıb və qəzada həlak olanların xatirəsi yad edilib.