Xarici ölkələrin Azərbaycandakı səfirləri Hövsan limanını ziyarət etdilər - Fotolar

xarici-olkelerin-azerbaycandaki-sefirleri-hovsan-limanini-ziyaret-etdiler
Oxunma sayı: 3411

28 oktyabrda Qırğızstan, Özbəkistan və Gürcüstanın Azərbaycandakı Səfirləri: Kayrat Osmonaliyev, Baxrom Aşrafxanov, Zurab Pataradze və Rusiya Federasiyası Dağıstanın Azərbaycandakı daimi nümayəndəsi Məhəmməd Qurbanov “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-də olublar.

“Qafqazinfo” xəbər verir ki, limanın baş direktoru Rəşad Daşdəmirov qonaqları limanda qarşılayıb və liman ərazisində infrastrukturla, limanın texnikaları ilə, körpülərdə və limanda yük daşımaların logistikası ilə tanış edib.

Limanın baş direktoru qonaqlarla görüş keçirib, nümayəndə heyətinə limanın fəaliyyəti haqqında ətraflı məlumat verib və müzakirələr vaxtı verilən bütün suallara ətraflı cavab verib.

Liman haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

Qərara alınıb ki, Qırğızstan, Özbəkistan və Gürcüstandan Avropaya və əks istiqamətdə yük daşımaların logistikasının təşkili üçün yeni marşrutun yaradılmasına ehtiyac var.

Bu məqsədlə əməkdaşlığın başlanılması üçün Qırğızstan, Özbəkistan, Türkmənistan və Gürcüstanın logistik şirkətləri və iş adamları ilə birlikdə görüş təşkil olunsun.