Xarlamov “Comedy Club”dan getdi

xarlamov-comedy-clubdan-getdi
Oxunma sayı: 2528

Rusiyalı aparıcı-aktyor Qarik Xarlamov “Comedy club”dan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Xarlamov sosial şəbəkədə bildirib.

“Bütün uşaqlar! Bu illəri Paşka ilə keçirmək çox gözəl idi, amma gənclərə yol açmaq vaxtıdır! Bebur, uğurlar!”

Qeyd edək ki, Qarik Xarlamov 2005-ci ildən “Comedy club”da çıxış edir və proqramı Pavel Volya ilə birgə aparırdı. Bundan sonra onu komediya aktyoru Andrey Beburişvili əvəz edəcək.