Xaçmazda yol qəzası - Yaralılar var

xacmazda-yol-qezasi
Oxunma sayı: 1691

Xaçmaz şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.