“X”ə “dislike” düyməsi gəlir

xe-dislike-duymesi-gelir
Oxunma sayı: 305

Amerikalı milyarder İlon Mask sahibi olduğu “X” (keçmiş “Twitter”) sosial media platformasında istifadəçilərin uzun müddətdir gözlədiyi “bəyənməmə” (dislike) düyməsinin yaxın zamanda istifadəyə veriləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, yeni funksiya sayəsində istifadəçilər platformadakı paylaşımlara mənfi rəy bildirmək imkanı əldə edəcəklər.

Mask bildirib ki, bu yenilikdən sui-istifadə edilməsinin və paylaşımlara qarşı kütləvi hücumların qarşısını almaq üçün müəyyən məhdudiyyət tətbiq olunacaq.

Belə ki, “bəyənməmə” düyməsi ilkin mərhələdə yalnız təsdiqlənmiş (verifikasiya olunmuş) hesablar üçün aktiv olacaq.

Mask vurğulayıb ki, bu qərarın əsas məqsədi “spam bot” hücumlarının qarşısını almaqdır.