Xərçəngə qalib gəldi, 531 gündən sonra meydana çıxdı

xercenge-qalib-geldi-531-gunden-sonra-meydana-cixdi
Oxunma sayı: 2845

“Bornmut”un xərçəng xəstəliyinə qalib gələn futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb.

“Qafqazinfo” xəbər verir ki, uesli yarımmüdafiəçi İngiltərə Premyer Liqanın 28-ci turunun “Aston Villa” ilə matçın (0:3) 79-cu dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçiyə 2021-ci ilin oktyabrında limfa düyünlərinin xərçəngi diaqnozu qoyulub. 2022-ci ilin avqustunda klub onunla müqaviləni uzadaraq futbolçuya jest edib. "Mançester Siti"nin yetirməsi olan futbolçu 2018-ci ildən "Bornmut"da çıxış edir.