Xərçəngə qalib gələn 1 yaşlı qızını öldürüb yandırdı - Foto

xercenge-qalib-gelen-1-yasli-qizini-oldurub-yandirdi
Oxunma sayı: 12991

Nyu-Yorkda tükürpədən hadisə baş verib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Ryan Laurens adlı bir kişi göz xərçəngi xəstəliyinə qarşı mübarizədə qalib gələn 1 yaşlı qızı Maddoksu beyzbol taxtası ilə döyərək qətlə yetirib. O, daha sonra körpənin cəsədini yandırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan 25 yaşlı ata qızını ona göstərilən diqqət və qayğını qısqandığına görə öldürdüyünü etiraf edib.

Qatil ata törətdiyi cinayət əməlinə görə ən azı 25 il müddətinə azadlıqdan məhrum olunacaq.