Xəyyam Nəvaiyə vətən xaini dedi

xeyyam-nevaiye-veten-xaini-dedi
Oxunma sayı: 4296

Əməkdar artist Xəyyam Nisanov Rusiyada fəaliyyət göstərən azərbaycanlı repçi Navaini (Nəvai Bəkirov) Bakının ünvanına nalayiq ifadə işlətməsinə görə tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb:

“Bu artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya video paylaşıb, sonra üzr istəmək... Bu, bəs edir ki?! Xeyr, etmir! Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm və sənin kimi xainlər cavab verməlidir!”.

Qeyd edək ki, repçi Navai bundan əvvəl Bakının ünvanına nalayiq ifadə işlətməsini əks etdirən görüntülərin montaj olduğunu demiş, daha sonra dediyi ifadəyə görə üzr istəmişdi.