“Xəzər Lənkəran”, yoxsa “Qarabağ”?

xezer-lenkeran-yoxsa-qarabag
Oxunma sayı: 662

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk oyun “Dalğa Arena”da baş tutacaq. Bu qarşılaşmada son turda məğlub olan iki komanda üz-üzə gələcək. Ev oyunlarında zəif çıxış edən “Rəvan” “Bakı”nı qəbul edəcək.

Digər oyunda “Simurq” Zaqatalada “Turan”la qarşılaşacaq. 9-cu pillədə qərarlaşmış “Simurq” ilk “altılığ”a düşmək iddiasını qorumaq üçün bu oyunda qələbə qazanmaq niyyətindədir.

Turun mərkəzi qarşılaşması da bu gün keçiriləcək. Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran” “Qarabağ”la üz-üzə gələcək. Son turlardakı uğursuz nəticələrdən sonra baş məşqçi Mirça Redniki istefaya göndərən lənkəranlılar yeni baş məşqçi Cüneyt Biçərin rəhbərliyi altında ilk oyununa çıxacaq. Ağdamlılar isə bu oyunda rəqibinə ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyir.

"Simurq" - "Turan"
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Əsədov, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Zaqatala şəhər stadionu. Saat 16:00

"Rəvan" - "Bakı"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Dalğa Arena" stadionu. Saat 15:00 (canlı, "İdman Azərbaycan")

"Xəzər Lənkəran" - "Qarabağ"
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 16:00 (canlı, AzTV)

Ceyhun Əhmədov