“Xəzər Lənkəran”ın sabiq futbolçusu yolda döyüldü - Video

xezer-lenkeranin-sabiq-futbolcusu-yolda-doyuldu
Oxunma sayı: 3163

Türkiyə millisinin sabiq futbolçusu Oktay Derelioğlu yolda döyülüb.

“Qafqazinfo” xəbər verir ki, dava yol mübahisəsi üstündə baş verib.

Veteran futbolçuya iki nəfər tərəfindən edilən hücum nəticəsində onun çiyni çıxıb, bir neçə xəsarət alıb.

Hadisə zamanı Derelioğlunun həyat yoldaşı da yanında olub.

Qeyd edək ki, Oktay Dərəlioğlu 2004-05 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran”ın formasını geyinib.