Xəzərdə üzən gəmilərə - Xəbərdarlıq

xezerde-uzen-gemilere
Oxunma sayı: 2767

Dövlət Dəniz və Liman Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı gəmilərə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, xəbərdarlıqda deyilir:

“Bu gün axşamdan başlayaraq ölkə ərazisində havanın kəskin dəyişməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin fevralın 10-u gündüzədək davam etməsi proqnazlaşdırılır. Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü 3.0-5.0 m, sonrakı inkişafda 6.0-8.0 m. çatacağı praqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daxil olan məlumatlar dərhal Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlər həyata keçirilib. Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətimdə dərhal təlimatlandırılıb. Həmçinin, lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində navtex və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Bununla yanaşı. dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir”.