Bakıda ağırçəkili xəstənin köməyinə xilasedicilər gəldi - Video

bakida-agircekili-xestenin-komeyine-xilasediciler-geldi
Oxunma sayı: 4104

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, ünvana baxış zamanı 1974-cü il təvəllüdlü Ə. İsmayılovun xəstəlik və ağırçəkili olması səbəbindən təcili tibbi yardım avtomobilinə aparılmasında yaranan çətinliklə bağlı köməyə ehtiyacı olduğu müəyyən edilib.

Hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri vətəndaşı xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli binanın 7-ci mərtəbəsindən binanın həyətinə endirərək təcili tbbi yardım briqadasına təhvil verib.