Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsini pisləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN “X” sosial şəbəkəsində paylaşım edib.
“Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik. Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik”, - paylaşımda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər