Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.
Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, cari qış mövsümünün ilk qarıdır.
Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.