Xorvatiyada “MiQ-21” qırıcısı qəzaya uğradı

xorvatiyada-miq-21-qiricisi-qezaya-ugradi
Oxunma sayı: 816

Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində “MiQ-21” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Xorvatiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, 2 pilotla təlim uçuşu həyata keçirən döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü bildirilib.

Təyyarədə olan pilotlardan biri ilə əlaqə saxlanılıb, digəri üçün axtarış-xilasetmə işləri davam edir.

Açıqlamada ilk yardım və təhlükəsizlik qruplarının ərazidə olduğu qeyd olunub.