Xoşqədəm Hidayətqızını məhkəməyə verən vəkil studiyaya güllə gəldi - Video

xosqedem-hidayetqizini-mehkemeye-veren-vekil-studiyaya-gulle-geldi
Oxunma sayı: 5866

Aparıcı Xoşqədəm Hidayətqızını məhkəməyə verən vəkil Bəhruz Bayramov onunla barışıb.

“Qafqazinfo” xəbər verir ki, vəkil Hidayətqızına qarşı olan iddiasını geri çəkdiyini açıqlayıb və ona gül buketi gətirib. 

Qeyd edək ki, daha əvvəl X. Hidayətqızını məhkəməyə verən B. Bayramov aparıcını istintaq sirrini yaymaqda ittiham etmiş, onun efirdə təhqiqat və ya ibtidai istintaq məlumatlarını yaydığını bildirmişdi. B.Bayramov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə müraciət edərək iddia etmişdi ki, X. Hidayətqızı Konstitusiyanın və Cinayət-prosessual qanunvericiliyinin tələblərini pozur.