Xoşqədəm “Səni axtarıram”ı Doğuşla aparacaq - Video

xosqedem-seni-axtarirami-dogusla-aparacaq
Oxunma sayı: 3565

Aparıcı Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verilişini həyat yoldaşı Doğuşla təqdim edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sözügedən verilişdə bildirib:

“Gələn həftədən etibarən Doğuş bəylə birlikdə proqramı aparacağıq. Bilirsiniz ki, Doğuş bəy çətin həyat yaşamış bir insandır. Bu cür insanların dərdini məndən yaxşı anladığı üçün proqrama tam yaraşacaq. Əslində digər kanalda işləyəndə fikrimiz var idi. Amma indi gələn həftədən, ya da beşinci gündən burada olacaq”.