Xoşqədəmdən Vüqar Qaradağlıya sərt ittiham- - Yenilənib

xosqedemden-vuqar-qaradagliya-sert-ittiham-
Oxunma sayı: 6302


“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı bu haqda sosial şəbəkədə yazıb:

“Artıq “Səni axtarıram” ANS-də yayımlanacaq. Onsuz da hər bazar hər kəs bizə baxırdı. “Səni axtarıram”ın hansı kanalda olmasının fərqi yoxdur. Əsas odur ki, biz efirdəyik və “Səni axtarıram” neçə-neçə azərbaycanlını sevindirəcək”. 

Xatırladaq ki, bu gün ATV-dən ayrılması ilə bağlı mətbuat konfransı keçirən teleaparıcı verilişin bundan sonra ANS-də yayımlanacağı ilə bağlı dəqiq məlumat verməmişdi.

***

Daha sonra aparıcı statusunda ATV-nin prezidentini kəskin tənqid edib:

"“ATV”də çox şeylər baş verib. Məni onlar maraqlandırmır və hələ ki, onlarla bağlı açıqlama vermirəm, susuram. Çünki məni “Səni axtarıram” maraqlandırır. Halal haqqımı tam şəkildə almaq istəyirəm. 

“Quran”ı tərcümə etdiyini deyib, hər yerdə halallıqdan car çəkən adam (red. Vüqar Qaradağlı) yəqin ki, halallığın nə olduğunu məndən gözəl bilir. Axı o ““Quran”ı tərcümə etmişəm” deyir. Bu layihəni 5 ilə əvvəl dişimlə, dırnağımla yaratdım. Doğma qəzetimdən  üz döndərdim. Bu layihəyə gözünü dikən on minlərlə çarəsiz insan var. Onların ahını üstünə götürməkdən qorxmur? Məncə, Allahdan, “Quran”dan danışan, ziyalı olduğunu bildirən adam halal olmalıdır. Bir qadının və minlərlə insanın haqqını tapdalamamalıdır. Pulun insanı dəyişdiyini anlayıram və Vüqar müəillim “ATV”yə gələrkən  olduğu durumunu ( o cümlədən yaxınlarınını da) xatırlayıram. Ola bilsin ki,  Vüqar müəllim dəyişib. Amma hələ ki, bu dünyadan köçəndə kimsə nəsə aparmayıb və yəqin ki, o da nəsə aparmayacaq. Əminəm ki, o dünya var.

Orada hesab ani olur.  İnşallah Qaradağlı və özü ilə “ATV”ə gətirdiyi  yaxınları, qohumları o hesab günündən üzü ağ çıxar. İnanıram ki, yanındakı halal adamlar Vüqar müəllimi inandıra biləcək ki, bir qadının haqqına girmək günahdır. Halal haqqı olanı sahibinə verməməyin bədəli var. 

Bu dünyada olmasa da, o dünyada mütləq var. İstəməzdim ki, doğma kanalımla belə ayrılım. Sadəcə Vüqar müəllimin şəxsi istəyi hər şeyi bu hala saldı. Nə deyim, uğurlar olsun”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızının bu gün keçirdiyi mətbuat konfransında ATV və rəhbəri Vüqar Qaradağlı ilə bağlı səsləndirdiyi ittihamlara qarşı tərəf hələ ki, cavab vermək istəmir. "Qafqazinfo" ATV rəsmilərinin mövqeyini öyrənmək istəsə də, kanal bu barədə günün sonunda açıqlama yayacağını bildirib.

Könül