Noyabrın 3-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Liu Tong və şirkətin digər nümayəndələri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə tərəflər İKT üzrə infrastruktur layihələri, yeni nəsil “5G” texnologiyaları və “bulud” xidmətləri kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edibər.
“Huawei” şirkətinin nümayəndələri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən “CIDC-2023” tədbirində iştirak etməkdən məmnunluq duyduqlarını bildiriblər.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Xidmət ilə “Huawei” şirkəti arasında əməkdaşlıq sahəsində böyük perspektivlərin olduğunu vurğulayıb.