Xumar Qədimova yaradıcılığında klassik poeziya nümunələrinə bəstələnən əsərlər xüsusi yer tutur. İmadəddin Nəsimi, Almas İldırım, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Araz, Xəlil Rza, Nazim Hikmətin əsərləri bu qəbildəndir.
“Qafqazinfo” xəbər verir ki, Əməkdar artist bu silsilədən olan Yunus Emrenin “Gəl gör beni aşk neyledi?” mahnısını sevənləri ilə bölüşüb.
Mahnı Türk dünyasının böyük mütəfəkkiri Yunus Emrenin vəfatının 700 illiyinə ithaf olunub.
“Azərbaycan klassikləri kimi, türk klassiklərinə də sevgim böyükdür. Bu mahnını illər əvvəl oxumuşam, Türkiyədəki konsertimdə də ifa etmişəm. Çoxdankı arzum idi ki, sevənlərimlə, dinləyicilərimlə bölüşüm.
Nəhayət, təqdim etdim. Yunus Emrenin başqa bir şeirinə də mahnı bəstələmişəm. Onu da yaxın zamalarda təqdim etməyi düşünürəm”, - deyə Əməkdar artist vurğulayıb.
Qeyd edək ki, Türk dili və mədəniyyətinin məhək daşlarından biri olan Yunus Emrenin vəfatının 700 illiyi ilə əlaqədar 2021-ci il UNESCO tərəfindən “Yunus Emre və Türk dili” ili elan olunub.
Son xəbərlər
Son Xəbərlər