Yağıntılar nə vaxtadək davam edəcək?

yagintilar-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 10188

Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: “Müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək”.

Onun sözlərinə görə, oktyabrın 23-ü gündüz və 24-ü ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir: “Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.