Yanğın lokallaşdırıldı - Yenilənib - Video

yangin-lokallasdirildi
Oxunma sayı: 12099

Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində silahlı insident baş verib. İlkin məlumata görə, nəticədə 40 nəfər həlak olub, daha 130 nəfər isə yaralanıb. 

“Qafqazinfo”nun Rusiya mediasına istinadən məlumatına görə, insidentin ardınca binada güclü yanğın qeydə alınıb.

TASS yanğının hazırda binanın üçdə bir hissəsini əhatə etdiyini yazıb.

***

Bildirilir ki, təxminən 100 nəfər “Crocus City Hall”dan yanğınsöndürənlərin köməkliyi ilə çıxarılıb.

Binanın damından qaldırıcı mexanizmlər vasitəsilə insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

***

Binanın dam hissəsinin uçma ehtimalı olduğu bildirilir.

***

“Crocus City Hall”da baş vermiş yanğın lokallaşdırılıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.