Yanğın zamanı 2 yanğınsöndürən və 2 polis əməkdaşı yaralanıb

Yanğın zamanı 2 yanğınsöndürən və 2 polis əməkdaşı yaralanıb
Oxunma sayı: 687

Xəbər verdiyimiz kimi, bu gün saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, dərhal yanğının baş verdiyi yerə Fövqaladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək  yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyyə edilib.

Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.