Yanğında anasını itirən Ləman palataya köçürüldü

yanginda-anasini-itiren-leman-palataya-kocuruldu
Oxunma sayı: 573

Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib:

“Əzizim Könül Vəlibəylinin qızı, gözəlimiz Ləman artıq reanimasiyadan palataya köçdü, vəziyyəti stabildir. Müalicəsi davam edir”.

Xatırladaq ki, Ləman həmin yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır