Yankoviç ən yaxşı futbolçu adına namizədlər siyahısında - Foto

yankovic-en-yaxsi-futbolcu-adina-namizedler-siyahisinda
Oxunma sayı: 1563

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, qurumun rəsmi saytında yer alan səsvermədə “Qarabağ”ın futbolçusu Marko Yankoviç də var.

Onunla yanaşı “Fiorentina”nın forvardı Luka Yoviç, “Trabzonspor”un oyunçusu Trezege və Kiprin AEK (Larnaka) klubunun oyunçusu Anxel Qarsiya da ən yaxşı adına namizəddirlər.

Marko Yankoviç ötən gün “Gent” 1:0 hesabı ilə qalib gəldikləri oyunda 67 faiz dəqiq ötürmə edib.