Yanvar-fevralda ödəniş kartları ilə bu məbləğdə əməliyyat aparılıb

yanvar-fevralda-odenis-kartlari-ile-bu-meblegde-emeliyyat-aparilib
Oxunma sayı: 2553

2023-cü ilin yanvar-fevral aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 333,8 milyon manat, yalnız fevral ayında isə 162,3 milyon manat dəyərində əməliyyat aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart sayında qeyd olunub.