YAP-da onlara yeni vəzifə verildi - Siyahı + Yenilənib

yap-da-onlara-yeni-vezife-verildi
Oxunma sayı: 11819

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyində bir sıra məsələlər müzakirə ediləcək. İclasda  videosu ilə gündəmə gələn  partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun YAP-dan xaric edilməsi məsələsinə baxılacaq. 

Həmçinin YAP-da və Milli Məclisdə vəzifə tutan təşkilat sədrləri ilə bağlı məsələ də müzakirəyə çıxarılacaq.  Belə ki, partiyanın yeni nizamnaməsinə əsasən rayon təşkilat sədrlərinin ikinci vəzifəsi olmamalıdır. Artıq YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev partiya sədrliyindən gedəcəyi barədə məlumat yayıb. Digər rayon təşkilat sədrləri olan Cavid Osmanovun, Məlahət İbrahimqızının, Aydın Hüseynovun  da sözügedən vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

***

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası öz işinə başlayıb. İclas onlayn şəkildə keçirilir. 

İclasda Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi məsələlərinə baxılır.

***

İclasda Bakı rayonu üzrə təşkilat sədrləri də seçilib. Vüsar İsmayılov Binəqədi rayon təşkilatının, Vüqar Rəhimzadə Xətai rayon təşkilatının, Ramin Vəlibəyli Nizami rayon təşkilatının, Emil Abasov Pirallahı rayon təşkilatının, Qafar Əliyev Qaradağ rayon təşkilatının, Misirxan Vəliyev Sabunçu rayon təşkilatının, Bəxtiyar Nəbiyev Yasamal rayon təşkilatının, Azər Süleymanov Nəsimi rayon təşkilatının, Muxtar Nağıyev Səbail rayon təşkilatının sədrləri seçilib.

Xatırladaq ki, Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri deputat Məlahət İbrahimqızı, Nizami rayon təşkilatının sədri deputat Sədaqət Vəliyeva idi.

Günel Türksoy