“YAP-ın qurultayı “Buta Palace”da olacaq”

yap-in-qurultayi-buta-palaceda-olacaq
Oxunma sayı: 698

Onun sözlərinə görə, qurultaya hazırlıq işləri artıq yekunlaşıb: “Rayon və şəhər təşkilatlarında konfranslar keçirilib. Sadəcə bir rayon təşkilatımız qalıb. Qurultaya nümayəndələr də seçilib. Qurultay iyunun əvvəlində keçiriləcək. Vaxt da dəqiq məlumdur. Amma hələlik mətbuata açıqlamırıq. Qurultay “Buta Palace”da keçiriləcək.

Qurultayın vaxtının avqust ayından iyun ayına keçirilməsi ilə bağlı mətbuatda yayılan informasiyalara da münasibət bildirən millət vəkili qeyd edib ki, partiyanın qurultayı avqust ayında keçirmək fikri olmayıb: “O fikir yalnız onu səsləndirənlərə aiddir. Bizim nəzərdə tutduğumuz seçki proqramı üzrə qurultaya hazırlıq işlərimiz görülüb”.

Günel