YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü - Fotolar

yap-yasamal-rayon-teskilatinin-yaradilmasinin-33-cu-ildonumu
Oxunma sayı: 417

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: xalqın iradəsinə söykənən siyasi etimad ünvanı” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, şəhid anası Rahilə Ramazanova, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər partiyanın keçdiyi tarixi yoldan bəhs etdilər, Ulu Öndər Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğur və nailiyyətlərdən söhbət açıblar.

Yasamal RİH başçısı Elşad Həsənov qeyd edib ki, regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır:

“Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını və sarsılmaz olduğunu təsdiqləyir. Bu gün müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərirlər”.